Dünya
Küçələrə 11 min polis yerləşdiriləcək
Mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı paytaxt Londonun küçələrində təhlükəsizliyi təmin etmək üçün 29 mindən çox polis əməkdaşı səfərbər olacaq.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, London Polis Xidmətindən verilən açıqlamaya görə, xüsusilə tacqoyma günü Londonun küçələrində 11 mindən çox polis xidmət edəcək.
Bu yaxınlarda digər mühüm tədbirlərdə də iştirak etmiş təcrübəli komanda heyətinin rəhbərlik etdiyi təhlükəsizlik əməliyyatına polis əməkdaşlarının mərasim marşrutu üzrə düzülməsi, izdihamın və yol tıxanmalarının idarə edilməsi, yüksək profilli şəxslərin mühafizəsi və ixtisaslaşdırılmış qruplarla axtarış aparılması daxildir.
Bundan əlavə, polis itləri, odlu silahlar bölməsi, dəniz dəstəyi bölməsi və xüsusi polis qüvvələrinin əməkdaşları hər hansı bir hadisə və ya cinayətə cavab vermək üçün iştirak edəcəklər.
Londonun mərkəzində sifətin tanınması texnologiyasından istifadə etməyi planlaşdıran Britaniya polisinin izləmə siyahısında mərasim günündə iştirak etməsi ictimai təhlükəsizlik narahatlıqlarını artıra biləcək insanlara diqqət yetiriləcək.
Bunlara müxtəlif cinayətlərə görə axtarışda olanlar və ya barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilənlər daxildir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
