Dünya
Serbiyada ard-arda qətliamlar: Tərkisilah qərarı verildi
Serbiya hökuməti Daxili İşlər Nazirliyinə Mladenovats və Belqradda baş verən hücumlardan sonra ölkənin tərksilah edilməsini həyata keçirməyi tapşırıb.
Publika.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 5-də xalqa müraciəti zamanı bu tədbirə çağırıb.
Vuçiç Serbiyanın demək olar ki, tam tərksilahının həyata keçiriləcəyini vurğulayıb.
“Silahı olan hər kəs - bu, təxminən 400 min nəfərdir - yoxlamadan keçəcək, bundan sonra onların sayı 30-40 minə endiriləcək”, - deyə o bildirib.
Prezident növündən asılı olmayaraq, silah gəzdirmək üçün icazələrin verilməsinə moratorium tətbiq olunmasını, həmçinin silah sahiblərinin daha tez-tez tibbi və psixoloji müayinədən keçirilməsini təklif edib.
O, həmçinin icazəsiz silah saxlamağa və satmağa görə cəzaların sərtləşdiriləcəyini açıqlayıb. Bununla yanaşı, Vuçiç hökumətin məktəblərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün 1200 yeni polisi işə götürəcəyini bildirib.
Xatırladaq ki, Serbiyanın Mladenovats şəhər icmasının Dubona kəndində 21 yaşlı şəxs odlu silahla atəş açaraq 8 nəfəri öldürüb, 13 nəfəri yaralayıb.
Bir gün əvvəl isə Belqradda 14 yaşlı yeniyetmə məktəbdə sinif yoldaşlarına atəş açıb. Nəticədə 9 nəfər ölüb, altı uşaq və bir müəllim yaralanıb.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu























.jpg)







.jpg)


