Dünya
İran iki Fransa vətəndaşını həbsdən azad etdi - FOTO
İran casusluqda ittiham olunan iki Fransa vətəndaşını vaxtından əvvəl həbsdən azad edib.
Publika.az xəbər verir ki,bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.
Diplomatın sözləri Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda yer alıb.
“İndiyə qədər İranda həbsdə saxlanılan həmvətənlərimiz Benjamen Brier və Bernar Felan bu cümə, mayın 12-də Fransaya yollanırlar”, - deyə nazir iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündə bildirib.
Ketrin Kolonnanın sözlərinə görə, Fransanın Tehrandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Böhran və Dəstək Mərkəzi İran həbsxanasında saxlandıqları bütün müddət ərzində məhbuslara dəstək verib. Kolonna Brier və Felanın azad edilməsi üçün çalışan hər kəsə təşəkkür edib və Parisin İranda həbsdə olan bütün fransızları azad etməyə hazır olduğunu bir daha təsdiqləyib.(oxu.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO































.jpg)


