Dünya
Şok gəlişmə: BƏƏ prezidenti Əsədi Dubaya dəvət etdi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zeid Əl Nəhyan Suriya prezidenti Bəşər Əsədi noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək BMT-nin COP28 iqlim konfransında iştirak etməyə dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dəməşqdəki diplomatik nümayəndəliyi məlumat yayıb.
“Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd BƏƏ-nin Suriyadakı səfiri vəzifəsini icra edən Abdel Hakim əl-Naimi qəbul edib və o, BƏƏ prezidenti Məhəmməd bin Zeid Əl Nəhyanın tədbirdə iştirak etmək üçün dəvətini ona təqdim edib”, - mesajda deyilir.
Qeyd edək ki, may ayında Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri Suriyanın 2011-ci ildə bu ölkədə silahlı qarşıdurmaların başlamasından sonra dondurulmuş Ərəb Liqasına (LAS) üzvlüyünü bərpa etmək qərarına gəlib. Bu, Suriya prezidenti Bəşər Əsədin regional təşkilatın işində iştirakını mümkün edib, xüsusən o, mayın 19-da Ər-Riyadda keçiriləcək Ərəb Liqasının sammitinə dəvət alıb.
Ayşən
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO






























