Dünya
Köklərə xəbərdarlıq: Arıqlamasalar işdən qovulacaqlar
Arıqlamayan polislər vəzifədən uzaqlaşdırılacaq.
Publika.az xəbər verir ki, bu Hindistanın Assam əyalətinin polis qüvvələri tərəfindən bildirilib.
Assam polis rəisi Gyanendra Pratap Singh deyib ki, avqust ayından etibarən polisin bədən kütlə indeksi (BMI) hesablanacaq.
Müvafiq olaraq, “obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər işdən çıxarılacaq.
Singh qeyd edib ki, müəyyən sağlamlıq problemləri olan polislər bu tətbiqdən azad ediləcək.
Assamın Baş naziri Himanta Bisva Sarma da aprelin 30-da verdiyi açıqlamada bildirib ki, əyalətdə xidmət edən 300-ə yaxın polis məmurunun "fiziki vəziyyətlərinin yaxşı olmadığı və həddindən artıq spirtli içki qəbul etdiyi" səbəbiylə təqaüdə göndəriləcək.
Qurum rəsmisi bildirib ki, bu qərar bəzi polis əməkdaşlarının o vaxt həyat tərzinə görə ürək problemi və şəkər xəstəliyindən həyatını itirməsindən sonra verilib.
Ayşən

-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi






.jpg)













.png)












