Dünya
Ən böyük arzuya arıqlamaqla çatdılar: 120 kilodan keçdilər
İrlandiyanın Dublin şəhərindən olan Kayri və Karl Doran cütlüyü ömürlük valideyn olmaq arzusunu həyata keçirmək üçün 130 kiloqram arıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Təxminən 130 kiloqram çəkisi olan 29 yaşlı Kairi Doran qeyd edir ki, bədəndəki hormonal balanssızlıq səbəbindən kökəlib.
Onun səhhətində bir çox problemlər var idi: polikistik yumurtalıq sindromu, endometrioz və tiroid bezinin pozulması. Onun əri də piylənmədən əziyyət çəkirdi və təxminən 160 kiloqram çəkisi vardı.
Onların həyatına dönüş nöqtəsi uşaq sahibi olmaq istədikləri zaman gəldi. Hamilə qalmaq üçün bir neçə uğursuz cəhddən sonra cütlük həkimlərin yanına gedib. Kairinin sözlərinə görə, həkimlər onu ciddi qəbul etməyiblər və deyiblər ki, müayinə və müalicədən əvvəl arıqlamaq lazımdır. Bundan sonra nəyin bahasına olursa olsun arıqlamaq qərarına gəliblər.
Kairi, mədənin həcminin azaldıldığı cərrahi əməliyyat olan qol qastroplastikasına qərar verib. Altı aydan sonra qadın 60 kiloqramdan çox arıqlamağı bacarıb.
Həyat yoldaşının nailiyyətləri Karlı heyran etdi və o, ondan nümunə götürdü. Əməliyyatdan sonra onun çəkisi də 60 kiloqram azalıb.
Arıqlamaq həyat yoldaşlarına sağlamlıq problemlərindən qurtulmağa kömək etdi. İndi onlar düzgün bəslənməyə riayət edirlər və valideyn olmağı səbirsizliklə gözləyirlər.
Aydan
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























