Dünya
Rəsmi şəxs telfonuna görə, tonlarla suyu boşuna axıtdı - İşdən qovuldu
Hindistanda selfi çəkdirən bir rəsmi şəxsin telefonu əlindən su anbarına düşüb. Telefonunu geri götürmək üçün su anbarını qurudan dövlət məmurunun fəaliyyətinə son qoyulub. O, işdən qovulub.
Publika.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilir ki, yerli qida müfəttişi Rajesh Vişaşa məxsus mobil telefonu götürmək üçün Paralkot su anbarından 2 milyon litrdən çox su boş yerə axıdılıb.
Hadisə belə olub. Vişvas Hindistanın mərkəzi Çxarttisqar əyalətindəki mənzərəli bir yerdə selfi çəkərkən telefonu əlindən sürüşüb içməli su anbarına düşüb. O isə su anbarında işləyən şəxslərdən xahiş edib ki, onun telefonunu götürsünlər, lakin suyun həcmi çox olduğundan onlar buna nail ola bilməyiblər. Bu zaman Vişvaş səlahiyyətindən istifadə edərək, anbardakı suyun boşaldılmasını tələb edib. Bildirib ki, o, bunun üçün yuxarıdan rəsmi icazə alıb. Bəhanəsi isə guya suyun "istifadəyə yararsız" olması olub.
Hadisə araşdırıldıqdan sonra məlum olub ki, o, bu işi görərkən heç bir icazə almayıbmış. Və içməli su problemi yaşanan bir dövrdə tonlarla suyu bir telefon üçün məhv edib.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






























