Dünya
BƏƏ-dən ABŞ-a qarşı daha bir zərbə: Bu birlikdən də çıxdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-ın rəhbərlik etdiyi Birləşmiş Dəniz Qüvvələrinin tərkibindən çıxdığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə BƏƏ Xarci İşlər Nazirliyinin rəsmi saytında bildirilib.
"BƏƏ regional təhlükəsizlik və sabitliyin ümumi məqsədlərinə nail olmaq üçün vasitə kimi dinc dialoqa və diplomatik vasitələrə sadiqdir. BƏƏ-nin bütün tərəfdaşları ilə təhlükəsizlik sahəsində əməkdaşlığın effektivliyini davamlı qiymətləndirməmiz nəticəsində 2 ay öncə Birləşmiş Dəniz Qüvvələrindən çıxmışıq”, - deyə qeyd edilib.
Xarici İşlər Nazirliyi bildirib ki, BƏƏ beynəlxalq hüquq normalarına uyğun şəkildə öz dənizlərində qaydaların məsuliyyətlə təmin edilməsində daima sadiq qalır.
Qeyd edək ki, ABŞ-ın Beşinci Donanması ilə birlikdə qərargahı Bəhreyndə yerləşən Birləşmiş Dəniz Qüvvələrinə Qırmızı dəniz və Fars körfəzində gəmiçilik təhlükəsizliyi və dəniz quldurluğu istiqamətində mübarizə ilə məşğul olan 34 ölkə daxildir.
Ayşən
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO






























