Dünya
Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar - VİDEO
.jpg?v1695970640)
Yeni Zelandiyanın “Air New Zealand” şirkəti iyun ayından etibarən xaricə səyahət edən sərnişinləri tərəzidə çəkəcək.
Publika.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat verilib.
Bildirilir ki, məlumatlar təyyarənin çəkisi və balansı hesablanarkən sərnişinlərin orta ağırlığını müəyyən etmək üçün toplanır və pilotlar uçuşdan əvvəl bunu bilməlidirlər.
“Air New Zealand”ın Yükə Nəzarət Təkmilləşdirmə mütəxəssisləri sərnişinləri əmin ediblər ki, onların çəkisi hava limanında məxfi qalacaq.
“Təyyarədə gedən yük və qidadan tutmuş anbardakı baqajlara qədər hər şeyi çəkirik. Sərnişinlər, ekipaj üzvləri və əl yükü üçün biz bu sorğudan əldə etdiyimiz orta çəkidən istifadə edəcəyik”, - deyə qurumdan əlavə edilib.
Sorğu ölkənin Mülki Aviasiya Qurumunun tələbidir.
O da vurğulanır ki, “Air New Zealand” şirkətinin Yeni Zelandiya daxilində səyahət edən müştəriləri 2021-ci ildən çəkilir.

-
Sosial10:23
Qənirə Paşayeva ilə vida mərasimi başa çatdı - FOTO
-
Nida Xəbər 09:42
"Bizim üçün ən təhlükəli erməni Qarabağda qalan ermənidir" - Fazil Mustafa
-
Sosial08:48
Bu şəxslər quru yolla sərhədi keçə bilər
-
Cənubi Qafqaz06:16
Saakaşvili həyatının əsas sevgisindən danışdı: "Peşmanam..." - FOTO
-
Magazin205:45
Bacılar soyunub birlikdə poza verdilər - FOTO
-
Region04:44
Çavuşoğlu Qənirə Paşayevadan yazdı - FOTO
-
Sosial01:41
Ermənilərin daha bir “qələbə” simvolu Qənimətlər Parkına aparıldı - VİDEO
-
Sosial00:15
Qənirə Paşayevaya görə Heydər məscidində izdiham - FOTO