Dünya
Küveyt İsveçə nota verdi
Küveyt İsveçə Quranın yandırılmasına görə nota verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, Küveytin xarici işlər nazirinin müavini Cərrah Cabir əl-Əhməd əl-Sabah İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri, Stokholmun maraqlarını hər iki ölkədə təmsil edən Lisolette Andersonu etiraz notası vermək üçün dəvət edib.
Küveyt İsveç hakimiyyətini mitinqə icazə verdiyinə görə qınayıb və Stokholmu müqəddəs yerlərin təhqir olunmasının qarşısını almaq, günahkarları məsuliyyətə cəlb etmək və İslamı təhqir edən hərəkətlərə haqq qazandırmaqdan çəkindirmək üçün təcili tədbirlər görməyə çağırıb.
Bir gün əvvəl Anderson BƏƏ Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Sənəddə İsveçin nifrət və etnik nifaq salan, eyni zamanda beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərən hərəkətə icazə verməklə məsuliyyətsiz mövqe tutduğu vurğulanıb.
Qeyd edək ki, iyunun 28-də aksiya polisin icazəsi ilə Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO












.jpg)
















.jpg)

