Dünya
"Vaqner"in qiyamından sonra Yunus-Bek niyə yoxa çıxıb?
Sergey Surovikin və Yunus-Bek Yevkurovun "Vaqner" silahlı qrupunun üsyanından sonra ictimaiyyət qarşısına çıxmır, bu, sözsüz ki, Rusiyanın milli təhlükəsizlik sistemində parçalanmanın əlamətidir.
Publika.az xəbər verir ki, bunu Britaniya kəşfiyyatı bildirib.
İdarə xüsusilə iki rus generalının - Sergey Surovikin və Yunus-bek Yevkurovun ictimai məkandan yoxa çıxmasına diqqət çəkib.
Kəşfiyyat məlumatında bildirilir ki, Rusiya Federasiyası Aerokosmik Qüvvələrinin baş komandanı Surovikin “Vaqnerçi"lərin üsyanından sonra ictimaiyyət qarşısına çıxmayıb, Yevkurov isə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin iclasında olmayıb.
Britaniya kəşfiyyat rəsmiləri Surovikinin həbs olunduğunu təsdiqləmir, lakin onun 2017-ci ildə Suriyada xidmət etdiyi vaxta qədər "Vaqner"lə uzun müddət əməkdaşlıq etdiyinə görə şübhə altına düşə biləcəyini bildirirlər.
Məlumatda vurğulanır ki, Priqojinin uğursuz qiyamı Rusiyanın milli təhlükəsizlik sistemində çat yaradıb.
Ayşən
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 27 Noyabr 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi







.jpg)

























