Dünya
Türkiyədən İrana “Osmanlı Tokatı”
Kobanidə baş verən hadisələr Trükiyə - İran münasibətlərində yenidən gərginliyə səbəb olub.
Publika.az xəbər verir ki, PKK terror təşkilatının Türkiyədə günahsız insanları qətlə yetirməsinə səssizcə tamaşa edən İran, Kobanidə baş verənlərə görə, rəsmi Ankaranı ittiham edib. İran Xarici İşlər nazirinin müavini Əmir Abdullahyan və İran Baş Qərargah rəisi, general Həsən Firuzabadi açıqlamalarında Türkiyənin Yeni Osmanlı qurulması istiqamətində planlar hazırladığını və Kobaniyə lazım olan humanitar yardımların göndərilməsində mane olduğunu deyib.
Bununla bağlı ötən gün İranın Türkiyədəki səfiri Əli Rza Bikdəli Xarici İşlər Nazirliyinə çağırılaraq rəsmi Ankaranın Notası təqdim edilib.
Türkitə XİN rəsmisi Tanju Bilgiç , İrandan verilən açıqlamaları əsassız adlandırıb. Bildirib ki, İran Əsəd rejiminin bir nömrəli müdafiəçisidi.
Bölgədəki təhlükəsizliyin təmin edilməsi üçün Əsəd rejiminin getməsi lazım olduğunu qeyd edən Bilgiç Türkiyənin milli təhlükəsizliyinə təhdidlər yaranacağı halda, beynəlxalq hüquq əsasında lazımlı tədbirlərin görüləcəyini və buna görə heç kəsdən icazə almaq niyyətləri olmadığını bildirib.
"Türkiyə milli təhlükəsizliyinə təhlükə hiss etdiyində, beynəlxalq hüuqu normaları çərçivəsində lazı olan addımları ataqcaq və buna görə, heç kimdən icazə almaq niyyətində deyil, - Bilgiç əlavə edib.
-
Hadisə21:45
Bakıda villa YANDI - VİDEO/YENİLƏNDİ
-
Hadisə21:39
Azərbaycanda müəllim intihar etdi - FOTO
-
Dünya21:05
ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
-
Dünya19:55
İsrail ordusu “Hizbullah”ın 21 komandirini öldürdü
-
Magazin119:45
Ayanın toy geyimi müzakirə yaratdı - VİDEO
-
Sosial19:15
Bakıda yeni bulvar salınır - VİDEO
-
Sosial18:35
Metro istifadəçilərinin nəzərinə! - Cərimələr artırılır
-
Yaxın Şərq17:52
İran İsrailə yenidən xəbərdarlıq etdi - Vuracağıq