Dünya
Ereğli rayonu fəlakət zonası elan edildi
Türkiyənin şimalındakı Zonquldak vilayətinin Ereğli rayonu güclü yağışlardan sonra fəlakət zonası elan edilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
Onun sözlərinə görə, 226 sahibkarlıq subyektinə və 54 mülkə ziyan dəyib.
Həftəsonu təbii fəlakətin əsas təsiri Türkiyənin Qara dəniz sahillərinə dəyib. Ereğlidə sel və daşqınlar nəticəsində batan quru yük gəmisinin dənizçisi də daxil olmaqla 4 nəfər ölüb; daha 11 nəfər ekipaj üzvləri itkin düşənlər siyahısındadır və onların axtarışı davam edir. Qasırğa və leysan nəticəsində xeyli maddi ziyan dəyib.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) könüllüləri küçələri təmizləyir, su basmış iş yerlərində və evlərdə normal həyata qayıtmaq üçün var gücü ilə çalışırlar.
-
Region11:05Paşinyanın kortejində qəza: Ölən və yaralananlar var
-
Nida Xəbər 10:55Desantlarımız terrorçu qrupun rəhbərini belə ələ keçirdi - Video
-
Magazin210:15İşın Karaca Yunanıstandan "İzmir marşı"na görə deport edildi - Video
-
Maraq dünyası10:05Yer kürəsində qəribə proses başlayıb - Yuxusuzluq və qulaqlarda cingilti yaradır
-
Dünya08:45“Artemis II” Yerə qayıtdı
-
Nida Xəbər 08:15Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə “KamAZ” hədiyyə etdi - Foto
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət



































