ABŞ
Hamı İlon Maskın atasının Rusiya ilə bağlı açıqlamasından danışır
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu olan İlon Maskın atası Errol Mask növbəti dəfə diqqət çəkən açıqlamaları ilə gündəməm gəlib.
Publika.az TASS-a istinadən xəbər verir ki, o, Rusiyanın Nijni Novqorod şəhərində "Tesla"nın elektrik avtomobilləri zavodunun tikilə biləcəyini bildirib.
Errol Maks jurnalistlərə açıqlamasında qeyd edib ki, şəxsən o, Nijni Novqorodda zavod tikməklə bağlı heç bir problem görmür.
Məşhur amerikalı sahibkarın atası deyib: "Mən böyük şirkətlərin burada fabrik tikməsi üçün imkanlar görürəm. Hətta Tesla da burada zavod tikə bilər".
Errolun bu iddiası və təklifi birmənalı qarşılanmayıb. Avropanın bəzi məşhur saytları artıq ABŞ-nin açıq şəkildə Putinlə biznes əməkdaşlığına başladığını, "Tesla"dan sonra Rusiyaya nəhəng investisiyalar axınına start veriləcəyini yazıb.
Xatırladaq ki, Errol Mask bir gün əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaları cəfəngiyat adlandırmışdı. O, Rusiyanı gözəl insanların yaşadığı möhtəşəm bir ölkə, Moskvanı isə planetin ən yaxşı şəhəri adlandırmışdı.
Müəllif: Tural
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
