Dünya
Xodorkovski: “Putin özünü Rusiyanın xilası üçün göndərilən missioner sayır”
“Rusiya “Russia Today” telekanalının fəaliyyət göstərdiyi ölkələrin siyahısını genişləndirir. Amma telekanalın informasiyalarına etibar etmək lazım deyil”.
Publika.az-ın xarici mediaya istinadən bu sözləri Çexiyanın paytaxtı Praqada keçirilən “Forum 2000”də çıxış edən ABŞ-ın “National Endowment for Democracy” (NED) təşkilatının nümayəndəsi Kristofer Uolker deyib.
Onun sözlərinə görə, Rusiya təbliğata böyük maliyyə vəsaitləri qoyur. Uolker qeyd edir ki, bunun əksinə olaraq, ən böyük beynəlxalq telekanallar işçilərini azaldır və yayımı məhdudlaşdırır. “Rusiya, həmçinin Çin "yarım həqiqətlər və təhrif edilmiş faktlar"ın yayılması üçün qeyri-məhdud vasitələrə malikdir”, - deyə Uolker bildirib.
Ekspert və jurnalist Vladimir Şevel da qeyd edir ki, Kremlin uğurlarında Rusiya təbliğatının rolunun olduğunu rədd etmək olmaz: “Rusiya təbliğatı orta təbəqənin insanlarına əla təsir edə bilir. Mən Rusiyanı çox gəzirəm. “Russia Today”a baxan taksi şoferlərinin 80 faizi mənə deyir ki, Putini anlamağa başlayıblar. Rusiya informasiyaların manipulyasiyası üçün milyardlarla dollar sərmayə qoyur”.
“Forumda 2000”də Rusiyanın keçmiş oliqarxı Mixail Xodorkovski də çıxış edirdi. O, “Respekt” jurnalına müsahibəsində Rusiyada təbliğat məsələsinə toxunub. Xodorovski hesab edir ki, Rusiya rəhbərliyi, xüsusi olaraq Putin inandıqlarını təbliğ edir: “Putin əslində əmindir ki, Ukraynada hakimiyyətə faşistlər gəlib və bundan heç şübhələnmir. Putin özünü Rusiyanın xilası üçün göndərilən missioner hesab edir”.
Psixoanalitik Vladislav Şols hesab edir ki, Rusiya təbliğatının müvəffəqiyyəti rus xalqının dərin kompleksləri və yüzilliklər ərzində yığına qorxuları ilə izah olunmalıdır. “Ruslar güman edirlər ki, “faşist” ABŞ-ın başçılıq etdiyi Qərbi onları qul etmək, onların mədəniyyətini məhv və ölkəsini işğal etmək istəyirlər. Amma bu, əlbəttə ki, belə deyil. Kremlin təbliğatı katalizator kimi işləyir və Rusiyanın rastlaşdığı ciddi daxili problemlərdən xalqın diqqətini yayındırmağa ximət edir”, - deyə psixoanalitik qeyd edir.
Ömər Dağlı
-
Dünya08:30Bağdaddakı ABŞ səfirliyinə hücum edildi
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
































