Dünya
Çavuşoğlu: “Peşmərgə hər an Kobaniyə girə bilər”
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu peşmərgə qüvvələrinin Kobaniyə girməsi məsələsində heç bir problem olmadığını bildirərək, “Peşmərgə hər an Kobaniyə girə bilər” deyib.
Publika.az “ntvmsnbc.com”a istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu peşmərgə qüvvələrinin Türkiyədən Kobaniyə getməsi ilə əlaqədar olaraq açıqlama verib.
Kobaniyə getməklə bağlı heç bir problemin olmadığını bildirən Çavuşoğlu, “siyasi olaraq heç bir problem yoxdur. Peşmərgənin Kobaniyə getməsi məsələsində də heç bir problem yoxdur. Hər an gedə bilərlər” deyib.
Məsələ ilə əlaqədar Azad Suriya Ordusu (ASO) və PYD arasında razılığa gəlindiyini də vurğulayan Çavuşoğlu, “ASO-nun Kobaniyə girməsi məsələsində PYD ilə ASO arasında, öz aralarında bir razılığa gəliblər. Bu barədə heç bir problemimiz yoxdur. Bu məsələdə də Türkiyə lazım olan köməkliyi göstərəcək” deyə qeyd edib.
Qabil
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq