Dünya
Hindistan tələb etdi: Bu ölkədən Çinə qadağa gəldi
Cənubi Asiya ölkəsi Şri-Lanka Hindistanın təhlükəsizlik narahatlıqlarına cavab vermək üçün Çin tədqiqat gəmilərinin öz limanlarında lövbər salmasını və eksklüziv iqtisadi zonada fəaliyyətini müvəqqəti dayandıracaq.
Publika.az xəbər verir ki, “Hindustan Times” qəzetinin diplomatik mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, Şri-Lanka hökuməti Çinin tədqiqat gəmilərinə 1 illik moratorium qoyacağını Hindistan rəsmilərinə çatdırıb.
Kolombo administrasiyası Çinin tədqiqat və kəşfiyyat gəmilərinin Hind okeanındakı fəaliyyətinə görə bir müddətdir ki, ABŞ və onun sahil qonşusu Hindistanın xəbərdarlıqları ilə üzləşib. Qadağa ilə bağlı Şri-Lanka və Çindən hələlik heç bir açıqlama verilməsə də, moratoriumun Çinin “Xiang Yang Hon 3” okean tədqiqat gəmisinin 2019-cu ildən həyata keçirməsi planlaşdırılan tədqiqat ekspedisiyasının ləğvinə səbəb ola biləcəyi proqnozlaşdırılır.
Hindistan administrasiyası əvvəllər Çinin Hind okeanında okean araşdırması, skan, xəritəçəkmə və radar avadanlıqları ilə təchiz edilmiş gəmilərlə fəaliyyət göstərməsi ilə bağlı təhlükəsizlik narahatlığını ifadə edib.
Hindistanın baş naziri Narendra Modi iyulun 21-də Şri-Lanka prezidenti Ranil Vikremesinqhe ilə görüşündə ölkəsinin “strateji və təhlükəsizlik narahatlıqlarına hörmət edilməsini” tələb edib. Yeni Dehli administrasiyası ötən ilin oktyabr və noyabr aylarında Çinin "Şi Yan 6" tədqiqat gəmisinin Şri-Lanka ilə birgə dəniz tədqiqatı ekspedisiyası keçirməsinə etiraz edib.
Aysel Şahmar
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı


























.jpg)








