Dünya
Yunan professor: Türkiyəyə çatmaq üçün 10 il vaxt lazımdır
Afinadakı Pantio Universitetinin professoru Siriqos ölkəsinin aviasiya sahəsindəki mövqeyini müqayisə edib.
Publika.az xəbər verir ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin aviasiya sənayesi sahəsində Yunanıstanı xeyli qabaqladığını ifadə etdikdən sonra Afinadakı Pantio Universitetinin Beynəlxalq Hüquq və Xarici Siyasət professoru Angelos Sirigos Türkiyənin xüsusilə pilotsuz təyyarələrdə çox yüksək səviyyəyə çatdığını bildirib.
Sirigos qatıldığı bir televiziya proqramında 2019-cu ildə Yunan Hava Qüvvələrinə aid "Mirage" tipli döyüş təyyarələrinin əksəriyyətinin hissələri olmadığı üçün uça bilmədiyini xatırladıb.
“Türkiyə xüsusilə dron istehsalında çox yüksək səviyyəyə çatıb. "Rafale" döyüş təyyarələrini silahlanma baxımından Türkiyə ilə aramızda olan böyük uçurumu aradan qaldırmaq üçün aldıq. İndi diqqəti yerli istehsala yönəltməliyik. Ciddi müdafiə sənayesinə sahib olmaq üçün ən azı 10 il vaxt lazımdır”.
Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias Kathimerini qəzetinə verdiyi açıqlamada Türkiyənin aviasiya sənayesi sahəsində Yunanıstanı xeyli qabaqladığını bildirmişdi.
Aysel Şahmar
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR
-
İdman14 Dekabr 22:00“Qarabağ”ın prezidenti Əkbərə klubun formasını təqdim etdi - VİDEO
-
Yaxın Şərq14 Dekabr 21:36Suriyada İŞİD-ə qarşı əməliyyat başladı
-
Sosial14 Dekabr 21:12Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO
-
İdman14 Dekabr 20:12Nəriman Axundzadə tənqidlərdən sonra QOL VURDU - VİDEO
















.jpg)















