Dünya
Ərdoğan Qahirədə: Region ölkələri hərəkətə keçdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirə 3 günlük səfəri dünya gündəmindədir.
Publika.az xəbər verir ki, Ərdoğan Dubayda keçiriləcək Dünya Hökumət Zirvəsinə qatılacaq.
Ərdoğan burada BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə də görüşəcək. Sabah Misirə gedəcək və həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Ərdoğanın fevralın 14-də Qahirəyə olacaq səfəri iki ölkə arasında normallaşma prosesi və regionda sabitliyin təmin olunması baxımından tarixi zirvə kimi qiymətləndirilir. İki lider arasındakı görüşdə Qəzza, Şərqi Aralıq dənizi, Liviya, Suriya və ikitərəfli iqtisadi əlaqələr də müzakirə ediləcək.
Yunanıstanın "ProtoThema" nəşri yazır ki, "Ərdoğan dəniz qanunlarına və Afinanın maraqlarına zidd olan dəniz zonaları ilə bağlı Türkiyə-Misir razılaşması təkliflərini yenidən gündəmə gətirməyə çalışır".
Xarici işlər naziri Hakan Fidan Misirin Türkiyədən pilotsuz uçuş aparatları almasının da gündəmdə olduğunu açıqlayıb.
İsrailin "Jerusalem Post" qəzeti “Türkiyə lideri Ərdoğan Sisi ilə danışıqlarda Qəzzanın gündəmin ön planda olacağını söylədi”, - deyə qeyd edib.
Roza Şəfiyeva
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”





























