Dünya
Ermənistanda turistlərə qarşı cinayətlər artır - Paşinyan dilə gəldi
Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı kəskin artıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında danışıb.
O bildirib ki, iqtisadiyyat artır və ölkəyə xaricdən çoxlu sayda turist axını yaranır, bu isə ciddi problemə çevrilir.
“Biz turistlərlə bağlı cinayətlərə də çox həssas yanaşmalıyıq, ona görə ki, bu, Ermənistanın imicinə ciddi zərbədir”, - Paşinyan deyib.
Qeyd edək ki, Ermənistanda xarici turistlərə qarşı zorakılıq, ölüm halları, soyğunçuluq və aldadılaraq başqa işlərə, narkotik alverinə, qadın turistlərin fahişəliyə cəlb olunması, turistlərin oğurlanaraq sonradan ailəsinə satılması faktları kəskin artıb.
Keçən il Ermənistanda 100-dən çox belə cinayət faktı törədilib.
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə
































