Bu ölkədə neft oğurluğu: 165 zavod məhv edildi
Bizi izləyin

Dünya

Bu ölkədə neft oğurluğu: 165 zavod məhv edildi

“Nigerian National Petroleum Company Limited” (NNPCL) ölkədə qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 165 obyektin məhv edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Mele Kyari açıqlama verib. Onun sözlərinə görə, son bir həftə ərzində Niger Deltası bölgəsində təxminən 400 neft oğurluğu və vandalizm hadisəsi qeydə alınıb. Hadisələr həm dövlət, həm də özəl təhlükəsizlik agentlikləri tərəfindən törədilib.

Nigeriyalı senator Ned Nvoko ötən il ölkədə artan neft oğurluğu nəticəsində 3 milyard dollardan çox zərərin baş verdiyini açıqlayıb.

Qeyd edək ki, Nigeriyanın müəyyən edilmiş neft ehtiyatları təxminən 37 milyard barreldir və dünya ehtiyatlarının 3,1 faizini təşkil edir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm