Tramp ABŞ-ı NATO-dan çıxarmağa hazırdır - Bayden
Bizi izləyin

Dünya

Tramp ABŞ-ı NATO-dan çıxarmağa hazırdır - Bayden

ABŞ-ın eks-prezidenti alyansdan danışarkən vurğulayıb ki, hazırkı lider Avropalı müttəfiqlərinə Kiyevə kömək üçün əlavə vəsait ayırmağa təzyiq etməli idi.

Publika.az xəbər verir ki, Co Bayden iddia edir ki, onun əsas siyasi rəqibi Donald Tramp seçkilərdə qalib gələrsə, ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq:

"Bu adam bizi NATO-dan çıxarmaq istəyir. Gücümüz ittifaqlarımızdadır. Okean böyük ola bilər, amma biz heç vaxt Avropada böyük müharibədən qaça bilməmişik".

Tramp NATO haqqında danışarkən vurğulayıb ki, Bayden Kiyevə kömək etmək və əlavə vəsait ayırmaq üçün avropalı müttəfiqlərinə təzyiq etməli idi:

“Bir saniyəlik Ukraynaya qayıdacağam. Bizi bir okean ayırır. Avropa ölkələri birlikdə 100 milyard dollar və ya bəlkə də daha çox xərcləyiblər. Bu, bizim xərclədiyimizdən azdır. Bayden niyə onlara zəng edib bu haqda heçnə demir? Amma mən zamanında NATO-nu yüz milyardlarla dollar ödəməyə məcbur etmişdim".

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm