Dünya
Ruslardan təhlükəli seçim: Türkiyədən imtina edib bu ölkəyə üz tutdular
Türkiyədə qiymətlərin həddindən artıq artması səbəbindən insanlar tətil üçün Yunanıstan adalarına getməyə başlayıb.
Publika.az xəbər verir ki, Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) Avropa turlarının qiymətləri ilə bağlı son vəziyyəti açıqlayıb.
Açıqlamaya görə, avqust ayında Rusiyadan Avropa istiqamətlərinə satılan ən ucuz turlar Yunanıstan turlarıdır. Bu ölkəyə iki nəfər üçün bir həftəlik turun ən ucuz qiyməti 200 min rubl (təxminən 3 848 manat) təşkil edir.
Bu rəqəm Fransa turları üçün 250 min rubl (təxminən 4 812 manat), İtaliyada müxtəlif çimərliklər üçün isə 215 (təxminən 4 137 manat) və 380 min rubldır (təxminən 7 312 manat).
Rusiyadan İspaniyaya iki nəfər üçün yeddi gecəlik tur paketinin ən aşağı qiyməti 282 min rubl olub. (təxminən 5 427 manat)
Türkiyənin turizm gəlirinin böyük bir hissəsini ruslar təşkil edir. Ancaq artan qiymətlər rusların Türkiyə əvəzinə başqa ölkələri seçməsinə səbəb olur.
Roza Şəfiyeva
-
İdman22:15"Sabah" "Barselona"ya qarşı: hesab açıldı - CANLI
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq






































