Dünya
Meksikadan ABŞ və Kanadaya böyük şok: Səfirlərlə əlaqə dayandırıldı
Meksika prezidenti Andres Manuel Lopez Obrador ABŞ və Kanada səfirlərinin ölkənin daxili işlərinə müdaxilə etdiklərini əsas gətirərək onlarla əlaqələri dayandırıb.
Publika.az xəbər verir ki, o, bu barədə Paytaxt Meksikada Milli Sarayda təşkil edilən gündəlik mətbuat konfransında açıqlama verib.
Obrador açıqlamasında heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını vurğulayıb: "ABŞ səfiri Ken Salazar ilə əlaqələrimiz yaxşıdır, lakin hazırda dayandırılıb. Biz tələsməyəcəyik. Meksikanın suverenliyinə hörmət etməyi öyrənməlidirlər. Onlara nəyin doğru, nəyin yanlış olduğunu söyləməyəcəyik. Hörmət və anlayış gözləyirik”.
Prezident ABŞ və Kanada səfirləri ilə dayandırılan əlaqələrin mərkəzi hökumətlərlə heç bir əlaqəsi olmadığını bildirib. O, hər iki səfirin Meksikanın müstəqilliyinə lazımi hörməti göstərdiyi təqdirdə münasibətlərin əvvəlki kimi davam edəcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ və Kanada səfirlikləri tərəfindən Obradorun mümkün məhkəmə islahatları ilə bağlı tənqidi fikirlər eşidilib. ABŞ səfiri Salazar hakimlərin xalq tərəfindən seçilməsini nəzərdə tutan islahatın Meksika demokratiyasının işləməsi üçün böyük risk daşıdığını iddia edib.
Roza Şəfiyeva
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?











.jpg)



















