İdman
Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırdı
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.
Publika.az xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib. Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb.
Mərakeş 1/8 finalda Kanada ilə qarşılaşacaq. Matç iyulun 4-də keçiriləcək.
Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...



































