Dünya
İnqilabi texnologiya: 2 milyard insan bu bəladan qurtulur
Norveçin "Flocean" şirkəti dənizin təbii təzyiqindən istifadə etməklə dəniz suyunu içməli suya çevirən yeni təmizləmə sistemini istifadəyə verir.
Publika.az xəbər verir ki, bu barədə “Time” jurnalı məlumat yayıb.
Bildirilib ki, yeni texnologiya ənənəvi su təmizləmə üsulları ilə müqayisədə enerji sərfiyyatını 50 faizə qədər azaldır.
Sistem dənizin 400-600 metr dərinliyində yerləşdirilir və təxminən 50 bar təbii su təzyiqi filtrasiya üçün lazım olan enerjini təmin edir. Bundan əlavə, dərin dəniz suyunun daha təmiz olması kimyəvi maddələrdən istifadəni də 60 faiz azaldır. Təmizlənmə nəticəsində yaranan duzlu su isə dərin dəniz axınları vasitəsilə ekosistemə zərər vermədən yayılır.
Məlumata görə, sistemin hər modulu gündə 5 min kubmetr şirin su istehsal edir və təxminən 37 min 500 nəfərin gündəlik su tələbatını ödəyə bilir.
Mütəxəssislər hesab edirlər ki, bu texnologiya qlobal miqyasda tətbiq olunarsa, təmiz içməli suya çıxışı olmayan təxminən 2 milyard insan üçün uzunmüddətli və davamlı həll ola bilər.
Müəllif: Roza
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...



































