Ermənistan parlamentində terror törədən Aşot belə öldü
Bizi izləyin

Dünya

Ermənistan parlamentində terror törədən Aşot belə öldü

Ermənistan parlamentində terror törədən Aşot belə öldü

Ömürlük məhbus Aşot Knyazyan (1959-cu il təvəllüdlü) Nubaraşen cəzaçəkmə müəssisəsində ölüb.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, avqustun 26-da onun vəziyyəti pisləşib, təcili yardım çağırılıb, gələn briqada bioloji ölüm qeydə alıb.

Məlumata görə, ölən şəxs 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktının iştirakçılarından biri Aşot Knyazyandır. O, bir neçə dəfə əfv üçün müraciət etsə də, məhkəmə rədd edib.

1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinə soxulub. İclas zalında terrorçular baş nazir Vazgen Sarkisyanı, parlamentin spikeri Karen Dəmirçyanı, həmçinin vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, operativ işlər naziri Leonard Petrosyan, deputatlar Henrix Abramyan, Armenak Armenakyan və Mikael Kotanyanı qətlə yetiriblər.

Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Altı terrorçu, o cümlədən qruplaşmanın lideri Nairi Hunanyan, onun qardaşı Karen Hunanyan, əmisi Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan ömürlük həbs cəzasına məhkum ediliblər.

Digər təqsirləndirilən Hamlet Stepanyan 14 il müddətinə azadlıqdan məhrum edilib. Norayr Yeqiazaryan isə məhkəmə gedən ərəfədə cəzaçəkmə müəssisəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.

İllər keçdikcə Vram Qalstyan (həbsxanada özünü asdı), Edik Qriqoryan və Hamlet Stepanyan öldü. Karen Hunanyan dəli oldu və xüsusi cəzaçəkmə müəssisəsində saxlanılır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm