Dünya
Türkiyə bir çox ölkədən daha tez qocalacaq
İqtisadiyyat üzrə Nobel mükafatı aldıqdan sonra ilk dəfə Türkiyəyə gedən Daron Acemoğlu “Brand Week İstanbul”da iqtisadiyyat və süni intellekt kimi bir çox sahədə qiymətləndirmələr edib.
Publika.az xəbər verir ki, Acemoğlu ABŞ-dakı gəlir bərabərsizliyindən tutmuş, süni intellektin iş bazarına təsirlərinə qədər mühüm detallara diqqət çəkib.
O, ABŞ iqtisadiyyatının böyüməsinə baxmayaraq gəlir bərabərsizliyinin artdığını qeyd edib:
“Bu uçurum 1980-ci ildən 2015-ci ilə qədər sürətlə genişləndi. ABŞ tarixində əhalinin demək olar ki, yarısının artımdan pay almadığı ikinci dövr yoxdur. 2050-ci ilə qədər dünya əhalisi pik həddə çatacaq. Daha sonra azalma tendensiyası gedəcək. Türkiyə də bu yaşlanma tendensiyasından təsirlənəcək.
Türkiyənin bir çox ölkədən daha tez qocalacağını görəcəksiniz. Yaşlanan cəmiyyətlər bir çox iqtisadi və sosial problemlərlə üzləşə bilər. Almaniya, Yaponiya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələr qocalmaya qarşı tədbir görürlər. İnsanların gördüyü işi maşınlara köçürməkdənsə, insanlar işləməyə yönəldilsə, işçi sektorunun məhsuldarlığı artırıla bilər”.
Aysel Şahmar
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi



























.jpg)








