Dünya
Rusiyadan savaş anonsu: 4 ölkəyə xəbərdarlıq edildi - Cavab sarsıdıcı olacaq!
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmasına icazə verildiyi təqdirdə onların cavabının 4 ölkə üçün sarsıdıcı olacağını bildirib.
Publika.az xəbər verir ki, Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.
O, Qərbin Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli silahlarla hücum etməsinə icazə vermə ehtimalından danışıb. Zaxarova Vaşinqton, London, Paris və Brüsselin “atəşlə oynadığını” bildirib:
"Əgər Kiyevə bu məsələdə icazə verilsə, biz bunu NATO ölkələrinin Rusiya ilə birbaşa silahlı münaqişəyə girməsi kimi qiymətləndirəcəyik. Bu, münaqişənin mahiyyətini dəyişəcək. Qərbin uzaqmənzilli sistemlərinin ərazimizə qarşı istifadəsinə mütləq cavab veriləcək. Bu cavab onlar (Qərb ölkələri) üçün sarsıdıcı olacaq”.
Zaxarova NATO-nun baş katibi Mark Ruttenin alyans ölkələrinə “Ukraynaya hərbi dəstəyi artırın” çağırışını dəyərləndirib. O qeyd edib ki, bu çağırış gərginliyi azaltmaq, danışıqlara başlamaq və problemi siyasi diplomatik üsullarla həll etmək məqsədi daşımır.
Ukraynada sülhə nail olmağın Qərbin planlarında olmadığını qeyd edən Zaxarova "Qərb Ukraynanın əli ilə ölkəmizə qarşı hibrid müharibəni davam etdirmək niyyətindədir" deyib.
Baltik dənizindəki vəziyyətə toxunan XİN rəsmisi, Baltikin NATO-nun daxili sularına çevrilməsinə imkan verməyəcəklərini bildirib.
Zaxarova həmçinin Moldovanın ötən həftə öz ərazisində qəzaya uğrayan pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya məxsus olması ilə bağlı bəyanatının əsassız olduğunu vurğulayıb.
Roza
-
Pul22:12Dollar və avro BAHALAŞDI
-
Sosial21:36Bakıda 14 yaşlı qız ANA OLDU: hər ikisinin vəziyyəti... - YENİLƏNDİ
-
Nida Xəbər 19:24Əli Abbasov deputat mandatından məhrum edildi
-
Sosial19:00Paytaxtın bu ərazilərində QAZ KƏSİLƏCK
-
Avropa18:50Xanım mer şəhər şurasının KATİBİNİ DÖYDÜ - Sağlamlığına ciddi ziyan dəyib
-
Sosial18:40Dostlar arasında böyrək davası - “Qardaş kimi ciyərimi də verərəm”
-
Nəqliyyat18:20Bakıda doqquz marşrutun hərəkət sxemi dəyişdiriləcək
-
Dünya18:00Putinin sağlam qidalanma sirri - Hər səhər bunu yeyirmiş



























.jpg)






