Dünya
Müdafiə naziri ilə bağlı araşdırma aparılır: Korrupsiya qalmaqalı
Keçən ilin dekabrında bu vəzifəyə təyin edilmiş Çinin müdafiə naziri Donq Jun Çin Xalq Azadlıq Ordusunda (PLA) korrupsiya ilə bağlı genişmiqyaslı təhqiqatın bir hissəsi kimi araşdırılır.
Publika.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) öz mənbələrinə istinadən yazıb.
Nəşr qeyd edir ki, Çin prezidenti Si Cinpin PLA rəhbərliyinə qarşı bir sıra araşdırmalar aparılması haqda göstəriş verib. Eyni zamanda, agentliyin həmsöhbətləri Donq Juna qarşı hansı növ korrupsiya ittihamlarının irəli sürüldüyünü dəqiqləşdirməyiblər.
FT yazır ki, Donq Jun artıq Çin Müdafiə Nazirliyinin korrupsiya şübhəsi ilə araşdırılan üçüncü rəhbəridir. O, bu vəzifəsinin icrasına başladıqdan 7 ay sonra istefaya göndərilən general Li Şanfunu əvəz edib. Nəşr Li Şanfunun rüşvətxorluğa görə istintaqa cəlb edildiyini də yazmışdı.
Adəm Abbaslı
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu






























