Dünya
Gəmi Antarktidada ilişdi, turistlər aksiyaya başladı - FOTO
Ruslar Antarktidada kruiz gəmisində ilişib qaldıqları üçün kütləvi aclıq aksiyası keçirirlər. Ümumilikdə "SH DIANA" gəmisində 170-dən çox sərnişin var.
Publika.az xəbər verir ki, bu barədə "Lenta.ru"da məlumat yayımlanıb.
Bildirilir ki, lüks kruiz gəmisi Antarktidaya gedirmiş, lakin yolda mühərrikində problem yaranıb və bu, "Swan Hellenic" kompaniyasını səfəri ləğv etməyə məcbur edib. Təşkilatın məlumatına görə, gəmi saatda 11 kilometr sürətlə “sürünür”.
“O, noyabrın 30-da Argentinanın cənubundakı Uşuay şəhərinə çatmalıdır. Mühəndislər qrupunun dekabrın 3-də növbəti səfərindən əvvəl problemi həll etmək üçün gəmiyə minməsi planlaşdırılır”, - deyə qeyd edilib.
Sərnişinlər isə vəziyyətdən narazılıqlarını bildirərək, kruizə xərclənən vəsaitin onlara qaytarılmasını tələb ediblər. Bildirilir ki, səfərin qiyməti 972 min rubldan (təxminən 15 min 300 manat) 1,3 milyon rubla (təxminən 20 min 463 manat) qədər dəyişir.
“SH DIANA”nın göyərtəsində keçirilən etiraz aksiyasında iştirak edənlər gəmidə iğtişaş törətməklə hədələyiblər.
Qeyd edək ki, noyabrın əvvəlində 600-ə yaxın rusiyalı turist Yaponiyanın Yokohama limanında "Spectrum of The Seas" kruiz gəmisinin sıradan çıxması səbəbindən ilişib qalmışdı. Gəmi texniki nasazlıq səbəbindən limanı tərk edə bilməyib.
Kruiz iştirakçılarından biri, Yuliya adlı rus qadın bildirib ki, sərnişinlərə pasport verilməyib, ona görə də vətənlərinə getmək üçün aldıqları biletlər də ziyan olub.
Adəm
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Magazin27 Dekabr 19:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal












.jpg)
















.jpg)




