Dünya
Almaniyadan Qərbə ÇAĞIRIŞ: Türkiyəyə ehtiyacımız var
Almaniyanın “Spiegel” jurnalı Suriyadakı son hadisələrlə bağlı diqqəti çəkən məqalə dərc edib.
Publika.az xəbər verir ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib. Noyabrın 30-da Hələbin mərkəzinin çox hissəsini rejim güclərindən alan rejim əleyhdarı qruplar eyni gündə bütün İdlibdə nəzarəti ələ keçirib.
Qruplar şiddətli qarşıdurmalardan sonra dekabrın 5-də Həma şəhərinin mərkəzini rejim qüvvələrinin əlindən alıb. Dekabrın 1-də Suriya Milli Ordusunun Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan xilas edilib.

Suriyadakı bu hadisələr Türkiyə başda olmaqla region ölkələri tərəfindən yaxından izlənildiyi halda, Qərb də diqqətini bu qaynar nöqtəyə yönəldib. Almaniyanın "Spiegel" jurnalı Suriyadakı hadisələrlə bağlı dərc etdiyi məqalədə Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın roluna diqqət çəkib.
Maksimilian Poppun məqaləsində Qərbin Türkiyəyə niyə ehtiyacı olduğu vurğulanıb. Məqalədə Aİ və ABŞ-a çağırış edilib. Avropalı və amerikalılar prezident Ərdoğan vasitəsilə müharibədə olan tərəflərə təsir göstərməyə çalışmalıdırlar. Qərbin müharibəyə təsir rıçaqlarının olmadığı vurğulanıb və 2012-ci ildə Əsədin Homsa kimyəvi silahla hücumuna müdaxilə etmədikləri üçün müharibəyə təsir imkanlarını itirdikləri xatırladılıb.

Məqalədə Suriyanın gələcəyi ilə bağlı təəccüblü müşahidəyə də yer verilib:
“Suriyanın gələcəyini İran, Rusiya və hər şeydən əvvəl Türkiyə müəyyən edir. Qərb suriyalılara kömək etmək istəyirsə, prezident Ərdoğana təsir göstərməyə çalışmalıdır. Aİ və ABŞ Ərdoğanla görüşməlidir".
Aysel Şahmar
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO














.png)





.jpg)











