Dünya
Dünyanın gözü Trampda – O, bu sahəyə ayrılan maliyyəni kəsə bilər
Dünya Bankının rəsmiləri hesab edirlər ki, ABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp Amerikanın xaricdəki inkişaf layihələrinə ayrılan maliyyəni kökündən azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Sun" qəzeti yazır.
"Dünya Bankı rəsmiləri Britaniyanın xarici işlər nazirinin beynəlxalq inkişaf üzrə müavini Annelise Doddsa bildiriblər ki, gələcək prezident Amerika ehtiyacları üçün xərclərə diqqət yetirdiyi üçün xaricdə ABŞ tərəfindən maliyyələşdirilən inkişaf layihələri dayandırıla bilər", - nəşr yazır.
"Sun"un qeyd etdiyi kimi, 2023-cü ildə ABŞ digər ölkələrə humanitar yardım üçün təxminən 63 milyard dollar xərcləyib.
Bundan əvvəl “Politico” Britaniya rəsmiləri və BMT nümayəndələri arasında Trampın Birləşmiş Ştatlardan BMT-nin maliyyəsini kəsməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib.
2016-cı il seçkilərindən sonra artıq ABŞ prezidenti vəzifəsini icra edən Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk ABŞ siyasətçisi olub. Trampın qələbəsini səslərin sayılması ilə məşğul olan bütün aparıcı media orqanları - "Associated Press", "Fox News", CNN, NBC, ABC və CBS elan edib.
Adəm Abbaslı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ12 Noyabr 19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var


































