İdman
Qəzadan sonra 9-cu dəfə əməliyyat olundu - Ayağı düzəlmir
Amerikalı dağ xizəkçisi Lindsi Vonn 2026-cı il Qış Olimpiya Oyunlarında keçirdiyi ağır qəzadan sonra doqquzuncu dəfə cərrahiyyə əməliyyatı keçirib. 42 yaşlı idmançı ayaq və topuq nahiyəsindəki sınıqlardan sonra uzunmüddətli müalicəsini davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Vonn əməliyyatdan əvvəl sosial şəbəkədə paylaşdığı videoda bunun sonuncu müdaxilə olacağına ümid etdiyini bildirib. O, prosedurdan əvvəl həyəcanlı və narahat olduğunu, eyni zamanda uzun müddətdir gözlədiyi bu mərhələnin geridə qalmasını arzuladığını deyib.
İdmançının sözlərinə görə, həkimlər əvvəlki səkkiz əməliyyat zamanı zədələnmiş nahiyələrə yerləşdirilən metal konstruksiyaları çıxarıblar. Bu müdaxilə həmçinin sol dizindəki ön çarpaz bağın (ACL) bərpası üçün hazırlıq məqsədi daşıyıb.
Vonn bildirib ki, əməliyyat üçün sümüklərinin sağalmasını doqquz ay gözləyib. Sınıqların sağalması müsbət nəticə olsa da, dizindəki bağ zədəsi səbəbindən qarşıda daha 6-9 aylıq bərpa dövrü var.
Olimpiya qəzası İtaliyanın Kortina şəhərində keçirilən eniş yarışında baş verib. Sol dizindəki bağları zədələməsindən cəmi doqquz gün sonra starta çıxan Vonn yarışın 13-cü saniyəsində qapıya çırpılaraq yıxılıb.
2010-cu il Vankuver Qış Olimpiadasının eniş üzrə çempionu olan Vonn əvvəlki əməliyyatların onun ayağının amputasiyasının qarşısını aldığını da açıqlamışdı.
Dağ xizəyinin ən uğurlu idmançılarından sayılan Vonn 2019-cu ildə çoxsaylı zədələr səbəbindən karyerasını başa vurmuşdu. O, 2024-cü ildə sağ dizinin bir hissəsinin protezlə əvəzlənməsindən sonra gözlənilmədən idmana qayıdıb. İdmançının Dünya Kubokunda 84 qələbəsi var. Bu göstərici ilə o, qadınlar arasında bütün zamanların rekordçusu Mikaela Şiffrindən sonra ikinci yerdədir.
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region11 Noyabr 10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb









.webp)











.jpg)















