Dünya
Əsəd geri çəkildi: Suriyada xəritə dəyişdi - PKK böyük ərazilər əldə etdi
Terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG Heyət Təhrir Şam (HTŞ) ilə dialoqa hazır olduqları mesajını verib.
Publika.az xəbər verir ki, PYD/YPG-nin keçmiş liderlərindən olan Salih Müslim Suriyada sülh və ortaq yaşam məsələsinə nikbin baxdıqlarını açıqlayıb.
O, konstruktiv prosesin Suriyanın gələcəyini formalaşdıracağını bildirib: “HTŞ-yə nikbin baxırıq. Onlar Suriya Milli Ordusundan daha nizam-intizamlı və uzlaşa biləndirlər. Onlar da suriyalıdırlar. Suriyanın müxtəlifliyini dəstəkləməlidirlər. Biz Suriyada birgəyaşayış gələcəyi qurmaq üçün HTŞ ilə dialoqa hazırıq”.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Kobani də mətbuat konfransında “HTŞ-yə qarşı mübarizə qərarımız yoxdur, onların hərəkətlərinə baxacağıq” deyib.

Fəratın şimal-qərbində mövqelərini itirən PKK/YPG, Əsədin cənub-şərqdəki torpaqlardan çəkilməsindən sonra yenidən Fəratın qərbinə doğru irəliləyib.
PKK/YPG Suriya rejiminin ölkənin şərqində geri çəkildiyi əraziləri işğal edib. Fərat çayının qərbində ərazilərini itirən PKK/YPG ölkənin mərkəzi və cənub bölgələrində çayın qərbindəki ərazilərə yayılıb. Suriya rejimi noyabrın 27-dən sonra baş verən proseslərdə daim mövqelərini itirərək qüvvələrini qərbdə cəmləyərkən, ölkənin şərqində çox böyük bir ərazini PKK/YPG-yə buraxıb.
Roza
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ


















.jpg)
.png)






.jpg)









