Dünya
Tramp Zelenski ilə görüşmək istəməyib və... - Paris görüşünün pərdəarxası
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə görüş keçirmək istəməyib. Lakin Fransa Prezidenti Emmanuel Makron onun fikrini dəyişə bilib.
Publika.az xəbər evrir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
“Son günlər Makron Trampı Zelenski ilə birgə görüş keçirməyə razı salmağa çalışırdı. Mənbələrdən biri Trampın əvvəlcə görüşü keçirmək istəmədiyini, lakin sonda razılaşdığını bildirib”, - nəşr yazır.
Bununla belə, Makron, Tramp və Zelenski arasında görüşün 45 dəqiqə davam etdiyi, “yaxşı və məhsuldar” olduğu qeyd edilib.
Məlumata görə, Makron Tramp və Zelenski ilə görüşdə Ukraynadakı münaqişəni necə bitirmək barədə müzakirəyə başlamağa çalışıb.
Xatırladaq ki, dekabrın 7-də axşam saatlarında Tramp, Zelenski və Makron arasında üçtərəfli görüş baş tutub. Bu, dünya liderlərinin iştirak etdiyi Notr-Dam kilsəsinin açılış mərasimindən əvvəl baş verib. Fransa, ABŞ və Ukrayna prezidentləri görüşdən sonra ayrı-ayrılıqda Notr-Dam kilsəsinə yollanıblar.
Ləman
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi




































