Dünya
Ərdoğan Suriya ərazilərinin Türkiyəyə birləşdirilməsi haqda DANIŞMAYIB
Prezident Rəcəb Tayyib Ərdoğan Suriya şəhərlərinin Türkiyəyə birləşdirilməsindən danışmayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Ankaradakı diplomatik mənbələr məlumat verib.
Mənbə Türkiyə liderinin ancaq bu bölgələrlə qardaşlıq münasibətləri məsələsini gündəmə gətirdiyini qeyd edib.
Xatırladaq ki, bundan əvvəl xəbər verilmişdi ki, Ərdoğan Sakaryada partiyasının üzvləri qarşısında keçirdiyi toplantıda Suriyanın beş şəhəri, o cümlədən ən böyüyü Hələb və Dəməşqin Türkiyənin əyalətlərinə çevriləcəyini bildirib.
Qeyd edək ki, dekabrın 13-də Ərdoğan deyib ki, Ankara müvəqqəti Suriya hökumətindən “doğru addımlar” atacağını və qonşu ölkələr üçün təhlükəyə çevrilməməsini gözləyir.
Xatırladaq ki, dekabrın 11-də ölkənin devrilmiş prezidenti Bəşər Əsədə tabe olan Suriya Nazirlər Kabineti bütün işləri keçid hökumətinə verib. Respublikanın keçmiş baş naziri Məhəmməd Qazi əl-Cəlali prosesin “rəvan getdiyini” vurğulayıb.
Adəm Abbaslı
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi






.jpg)



























