Yaxın Şərq
Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdilər
Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanındakı neft obyektlərinə, hava limanlarına və hərbi hədəflərə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiklərini açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri məlumat verib.
Onun sözlərinə görə, altı hərbi əməliyyat çərçivəsində krallığın şərqindəki Ras Tanura neft emalı zavodu və “Saudi Aramco” şirkətinin obyektləri, eləcə də Rabigh neft emalı zavodu hədəfə alınıb.
Səri, həmçinin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu edildiyini, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində hava nəqliyyatının dayandırıldığını iddia edib.
Husilərin sözçüsünün bildirdiyinə görə, Nəcran bölgəsindəki Səudiyyə Ərəbistanı hərbi komandanlıq məntəqəsinə də hücum edilib. Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olduğu bildirilib.
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək

































.jpg)
.jpg)