Dünya
Tarixdə ABŞ-a qarşı ən sərt strategiya: Kim Çen In göstəriş verdi
Şimali Koreya tarixdə ABŞ-a qarşı “ən sərt” strategiyasına başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Şimali Koreya lideri Kim Çen Inın rəhbərlik etdiyi görüşlə bağlı məqaləsində bildirib.
KCNA xəbər verir ki, keçən həftə Şimali Koreya ölkənin 2025-ci il üçün kursunu müəyyənləşdirmək səyləri çərçivəsində beş günlük partiya iclası keçirib.
“Birləşmiş Ştatlar antikommunizmi özünün daimi dövlət siyasəti hesab edən ən mürtəce dövlətdir”, - media yazır.
Məqalədə Cənubi Koreya, ABŞ və Yaponiya arasında dərinləşən əlaqələr də tənqid edilir və alyansın “təcavüz üçün nüvə hərbi blokuna çevrildiyi” qeyd edilir.
Qeyd edilir ki, Cənubi Koreya “ABŞ-ın barışmaz anti-kommunist forpostuna çevrilib”.
KCNA yazır: “Bu reallıq bizim hansı istiqamətdə hərəkət etməli olduğumuzu, nəyi və necə etməli olduğumuzu açıq şəkildə göstərir”.
KİV-in məlumatına görə, bu fonda Kim Çen Inın yüksək vəzifəli şəxslər qarşısında çıxışı “aqressiv şəkildə həyata keçirilməli olan ən sərt anti-amerikan əks-hərəkət strategiyasını aydınlaşdırıb”.
Məlumata görə, görüşdə həmçinin bu ilin əvvəlində geniş yayılmış daşqınlara qarşı cavab tədbirləri nəzərdən keçirilib və dost ölkələrlə əlaqələri gücləndirməyə söz verilib.
Tural
-
Hadisə19 Yanvar 23:29Azərbaycanda zəlzələ oldu
-
Dəb19 Yanvar 21:52Moda əfsanəsi Valentino vəfat etdi
-
Magazin219 Yanvar 20:48"Evimə cin qəbiləsi göndərdilər" - Müğənni açıqlamaları ilə gündəmi alt-üst etdi
-
ABŞ19 Yanvar 19:00Tramp Lukaşenkoya görün nə təklif etdi
-
Ekologiya19 Yanvar 17:42Əhaliyə xəbərdarlıq edildi: Sabah Azərbaycanda...
-
Region19 Yanvar 16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial19 Yanvar 16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm19 Yanvar 14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır













.jpg)


.jpg)







.jpg)










