Dünya
Pentaqondan daha böyük olacaq: Türkiyə güc strukturlarını buraya toplayır - FOTO
30 avqust 2021-ci ildə təməli Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan "Türkiyənin Pentaqonu" olaraq xarakterizə edilən “Ay-Ulduz Birgə Qərargahı" 2028-ci ildə tamamlanacaq.
Publika.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Ay-Ulduz Birgə Qərargah” layihəsinin son vəziyyəti ilə bağlı deputatların suallarını cavablandırıb.
Müdafiə naziri diqqətə çatdırıb ki, qərargah tikintisi TOKİ ilə imzalanmış protokol çərçivəsində həyata keçirilir:
“Bu çərçivədə layihənin tikintini əhatə edən birinci mərhələsinin 2025-ci ilin avqustunda, ikinci mərhələsinin isə bitirmə işləri tenderi 2025-ci ildə keçiriləcək. Ümumillikdə layihənin 2028-ci ilin əvvəlində tamamlanması gözlənilir.

“Ay-Ulduz Birgə Qərargahı" köçürülmə tamamlandıqdan sonra hazırda Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı və Hərbi Hava Qüvvələri Komandanlığının istifadəsində olan bina, obyekt və ərazilərin vəziyyəti müəyyən ediləcək”.

Birgə istifadə olunacaq və əsas strukturun ortasında yerləşəcək aypara formalı konstruksiyada birində 1680, digərlərində isə 502 və 251 nəfərlik konfrans zalları olacaq. Kampus 15 minlik heyətə xidmət edəcək. Bu ərazilər dairəvi formada 23 min kvadratmetrlik mərasim sahəsi ilə əhatə olunacaq. Ərazinin qarşısında ulduz formalı qəbul və sərgi zalı binası olacaq.
Aysel Şahmar
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər







-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














