Dünya
Bu Avropa ölkələri Türkiyəyə gəlmək üçün növbəyə durub: Qonşusu şokdadır
Yunan mediası türk müdafiə məhsullarını almaq üçün növbəyə duran Avropa ölkələrinin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, Yunanıstan mətbuatı İngiltərədən Estoniyaya, İspaniyadan İtaliyaya qədər bir çox Qərb dövlətlərinin Türkiyəyə gəlmək üçün növbəyə durduqlarını yazıb.
Türkiyənin müdafiə sənayesindəki yüksəlişi qonşu Yunanıstanı narahat etməyə davam edir. Yunanıstanda çıxan “Kathimerini” qəzeti Türkiyənin son vaxtlar Avropa ölkələri ilə imzaladığı müqavilələri bir-birinin ardınca araşdırır.
Türkiyə ilə Avropa ölkələri arasında bəzi müqavilələr bunlardır:
İspaniya: “Hürjet” təlim təyyarəsi almağa hazırlaşır.
Portuqaliya: Türk texnologiya şirkəti STM Portuqaliya donanması üçün 2 yanacaqdolduran gəmi inşa edəcək.
İtaliya: "T-129 Atak" helikopterinin, həmçinin Türkiyə Sahil Mühafizəsinin patrul katerlərinin və "Tulpar" tanklarının istehsalında italyanlarla türklər əməkdaşlıq edəcək və İtaliyanın “Piaggio Aerospace” şirkətinin “Baykar” tərəfindən satın alındığı da bildirilir.
Almaniya: Ankara-Berlin hərbi gəmiqayırma sahəsində əməkdaşlıq edir.
Türkiyə Qərbi Afrika ölkəsi Qambiya ilə davam edən “Hərbi və Maliyyə Əməkdaşlıq Müqaviləsi” çərçivəsində 17 zirehli transportyor tədarük edib.
Aysel Şahmar
-
Sosial22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları
-
Avropa19:30Kir Starmer qadağaya məhəl qoymayıb "TikTok" hesabı açdı
-
Sosial19:00“Biləcəri" bazarında nöqsanlar aşkarlandı: yüksək riskli məhsullar... - FOTO
-
Dünya18:40Bu ölkədə 7,2 bal gücündə zəlzələ oldu - Xəbərdarlıq edildi
-
Sosial17:11Əli Əsədov yeni qərar imzaladı

















.jpg)








.jpg)







