Sosial
Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - VİDEO
Son dövrlərdə xarici ölkə vətəndaşları ilə həmyerlilərimiz arasında evliliklərin sayı artıb.
Publika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 48 546 nikaha daxilolma halı qeydə alınıb. Bunlardan 937-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1 127-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır.
Maraqlıdır, niyə xarici vətəndaşlarla ailə qurmağa meyil bu qədər artıb?
Psixoloq Aygül Məlikova "Baku" TV-yə bildirib ki, hazırda gənclərin xarici vətəndaşlarla evliliyə üstünlük vermələrinin arxasında ailədaxili münasibətlər dayanır: "Müasir gənclər bəzən ailələrində özlərini dəyərsiz hiss edir, sevgi və diqqət ehtiyacını daha dərindən yaşamaq istəyirlər. Burada, şübhəsiz ki, sosial medianın da böyük rolu var. Belə ki, xarici vətəndaşla ailə qurub öz xoşbəxt həyatını paylaşan şəxsləri gördükdə gənclərdə "mən də xarici şəxslə evlənsəm, daha çox sevilərəm" kimi fikirlər formalaşır".
Mütəxəssislər vurğulayırlar ki, qloballaşma qarşısıalınmaz bir prosesdir. Əsas məsələ dəyərlərin qorunması, mədəni kimliyin itirilməməsi, sevgi, hörmət və insan hüquqlarına əsaslanan ailə modelinin formalaşdırılmasıdır.
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik

































