Dünya
Fransanın mümkün ssenarilərə qarşı "gizli təlim" iddiası
Fransanın Ukraynaya əsgər göndərilməsi ilə bağlı payızda gizli təlim keçirdiyi iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə “Intelligence Online” yazıb.
Məlumata görə, Fransa ordusuna bağlı Quruda Xüsusi Əməliyyatlar Komandanlığından (CAST) 3200 nəfər Rusiyanın Belarusa mümkün irəliləyiş edəcəyi təqdirdə Ukraynaya qoşun yeridilməsi üçün təlimlər keçirib.
“Persee” adlanan gizli təlim ötən payız, Ukraynanın Dnepr çayındakı döngəsinə bənzər ərazidə baş tutub.
Bir həftə davam edən təlimdə 2022-ci ilin fevralında Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün Ukrayna ordusunun istifadə etdiyi hərbi manevrlər üzərində iş aparıldığı bildirilib. Təlim zamanı Fransa və Çin pilotsuz təyyarələrindən istifadə edildiyi də iddia edilib.
Qeyd edək ki, “Le Monde” qəzetində 2024-cü ilin noyabrında çıxan xəbərdə Fransa və İngiltərənin Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi qoşun göndərmək variantını yenidən nəzərdən keçirdiyi iddia edilmişdi.
Roza
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib































.jpg)

.jpg)