Dünya
Şimali Koreyadan ABŞ-a xəbərdarlıq: Bundan istifadə edəcəyik
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də administrasiyanı təhvil almağa hazırlaşarkən Şimali Koreya ABŞ-ı hədələyib.
Publika.az xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda ABŞ və müttəfiqlərinin ilin əvvəlindən Şimali Koreyanın təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi iddia edilib. Yaponiya və Cənubi Koreyanın iştirakı ilə Koreya yarımadası və onun ətraf ərazilərində birgə təlimlərin keçirildiyi xatırladılıb:
“ABŞ-ın siyasi və hərbi təxribatları silahlı münaqişə təhlükəsini artıran və regional sabitliyi pozan əsas səbəblərdir. Bu, Koreya yarımadasındakı hərbi-siyasi vəziyyətin yeni ildə təhlükəli inkişafa gedəcəyinə işarədir”.

Şimali Koreyanın ABŞ-ın təxribatlarından ciddi şəkildə narahat olduğu qeyd edilib: “Şimali Koreya istənilən hərbi təxribatın qarşısını alacaq və özünümüdafiə hüququndan daha dolğun şəkildə istifadə etməklə öz maraqlarını, regional sülh və sabitliyi qoruyacaq”.
Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da ortamənzilli hipersəs ballistik raketini, yanvarın 14-də isə bir neçə qısamənzilli ballistik raketi sınaqdan keçirib. Co Bayden dövründə Vaşinqtonla gərgin məcrada olan Pxenyanın son addımları Donald Tramp hökumətinə qarşı hədə-qorxu kimi şərh edilib.
Roza
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto









.jpg)





















