Dünya
ABŞ-dan İsrailə "dost xəyanəti" - MKİ etiraf etdi, bütün məlumatlar İrana sızdırılıb
İsrailin İrana qarşı cavab planlarını sızdırmaqda ittiham olunan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) işçisi Virciniya ştatında federal məhkəmədə hakim qarşısına çıxıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı Asıf Rəhman adlı şəxs milli müdafiə məlumatlarını sızdırdığını etiraf edib.
Rəhmanın etirafına görə, o, İsrailin cavab hücumu planlarına dair iki məxfi sənədi, onlara baxma hüququ olmayan bir neçə nəfərə göndərib.
İşə nəzarət edən hakim Patrisiya Tolliver Giles hökmü mayın 15-nə təyin edib.
Rəhmanı casusluq ittihamı ilə 20 ilə qədər həbs gözləyir, lakin onun prokurorlarla əməkdaşlığı cəzanın azaldılmasına səbəb ola bilər.
Qeyd edək ki, 2016-cı ildən MKİ-də çalışan ABŞ vətəndaşı Rəhman ötən il noyabrın 13-də Kambocada saxlanılaraq Virciniyaya aparılıb.
Rəhmanın məxfi məlumat sızdırması bilgiləri “Telegram” tətbiqində bir kanalda paylaşılmasından sonra ortaya çıxıb və bu məlumat İsrailin 1 oktyabr 2024-cü ildə İranın raket hücumlarına cavab vermək üçün hərbi hazırlıq gördüyünü ortaya çıxarıb.
Roza
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...


























.jpg)










.jpg)
