Dünya
Kanadanın ABŞ-a cavabı: Onlar daha ağır bədəl ödəyəcəklər!
İstefa verdiyini açıqlayan Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın Kanada məhsullarına 25 faizlik gömrük rüsumunu tətbiq edəcəyi təqdirdə amerikalı istehlakçıların daha ağır bədəl ödəyəcəyini bildirib.
Publika.az xəbər verir ki, Trüdo bunu paytaxt Ottavada jurnalistlərə açıqlamasında deyib.
Trampın Meksikadan sonra ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşı olan Kanadanı hədəf alması avtomobil, taxta-şalban və neft bazarlarını çökdürmə riski daşıyır. Bu, ABŞ istehlakçılarına sürətli şəkildə təsir göstərə bilər.
Kanadanın neftlə zəngin Alberta əyalətinin baş naziri Danielle Smith də Trampın Kanada neftinə vergi tətbiq edəcəyi təqdirdə bəzi Amerika ştatlarında benzinin qiymətlərinin bir qallon üçün 1 dollardan çox arta biləcəyini deyib.
Tramp ABŞ-ın Kanadaya ehtiyacı olmadığını bəyan etsə də, Amerikanın gündəlik istehlak etdiyi neftin demək olar ki, dörddə biri Kanadadan gəlir.
Trüdo tariflərin tətbiqinə sərt reaksiya verməyə hazır olduqlarını və onların mümkün qədər tez qaldırılması üçün çalışacaqlarını qeyd edib.
Roza
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"























.jpg)











