Roma Papası xəstəxanaya yerləşdirildi
Bizi izləyin

Dünya

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Papası Fransisk uzunmüddətli bronxit xəstəliyinin müalicəsi üçün xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papa Fransisk lazımi diaqnostik testlər üçün xəstəxanaya yerləşdirilib və bronxit müalicəsini xəstəxana şəraitində davam etdirir", - məlumatda deyilir.

Papa xəstəliyi zamanı dəfələrlə Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin əməkdaşına ümumi auditoriyada xütbə oxuyub.

Qeyd edək ki, 2023-cü ilin noyabr ayının sonlarında Papa Fransiskin kəskin yoluxucu bronxit ağciyər xəstəliyi üzə çıxıb. Xəstəliyinə və antibiotik kursuna baxmayaraq o, dinləyicilərinə qısa xütbələr oxumaqda davam edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm