Dünya
BRICS sammitinin tarixi və yeri açıqlandı
Növbəti BRICS sammiti iyulun 6-7-də Rio-de-Janeyroda keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieira sosial şəbəkədə yazıb.
Vieira, sammitidə üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək və onların əhalisinin həyatını yaxşılaşdırmaq üçün çox mühüm qərarlar qəbul ediləcəyini açıqlayıb.
Qeyd edək ki, yanvarın 1-dən Braziliya BRICS-in sədridir. Yay tədbiri daimi üzv və ya tərəfdaş statusu olan 20 ölkənin liderlərini bir araya gətirəcək.
BRICS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyanın daxil olduğu dövlətlərarası birlikdir. Adı ingilis dilindən gəlir. BRICS təşkilatın ilkin beş üzvünə aiddir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.
Assosiasiyanın ilk sammiti 2009-cu ildə baş tutub. Görüşlərdə BRICS üzvləri iqtisadi və geosiyasi məsələləri müzakirə edir, qarşılıqlı faydalı layihələr üzrə əməkdaşlıq qururlar.
BRICS-in sonuncu sammiti ötən ilin oktyabrında Kazanda baş tutub. 2024-cü ilin yanvarında üzv olan təşkilatın beş yeni üzvü iştirak edib.
Hüseyn İbadlı
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi – Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO

















.jpg)
















