Nida Təhlil
Xarici diplomatları da dəhşətə gətirən erməni vandalizmi - Fotofaktlar
Bu gün ermənilərin Azərbaycanın azad edilmiş ərazilərində guya “erməni irsinin təhlükədə olması” barədə tirajladıqları iddialar, əslində onilliklər boyu davam edən böyük bir cinayətin - mədəni soyqırımın üzərini örtmək cəhdindən başqa bir şey deyil. Bu manipulyasiyalar 30 illik işğal dövründə Azərbaycanın tarixi, dini və mədəni yaddaşına qarşı həyata keçirilmiş sistemli və vəhşi vandalizm aktlarını dünya ictimaiyyətinin diqqətindən yayındırmağa xidmət edir.
İşğal dövründə Azərbaycanın tarixi, dini və mədəni irsi genişmiqyaslı dağıntı, talan və mənimsəmə ilə üz-üzə qalıb. Məscidlər, türbələr, qəbiristanlıqlar, muzeylər, tarixi abidələr və digər mədəni irs nümunələri məqsədli şəkildə məhv edilib və ya təhqir olunub. Bu gün azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparılarkən, eyni zamanda həmin torpaqlarda törədilmiş mədəni vandalizmin real miqyası üzə çıxır. Faktlar, foto və video materiallar göstərir ki, işğal dövründə yalnız maddi irs deyil, həm də bir xalqın tarixi yaddaşı və mənəvi dəyərləri hədəfə alınıb.
.jpg)
Torpaqlarımız işğaldan azad edildikdən sonra bir jurnalist kimi mənim də yolum Qarabağ və Şərqi Zəngəzura düşdü. O tarixi günlərdə həm qələbə sevincini, həm də gördüyümüz mənzərələrin yaratdığı ağır sarsıntını eyni anda yaşayırdıq. 2021-ci ilin yanvar və fevral aylarında Zəngilanın, Cəbrayılın hər qarışını addımlayaraq, dağıdılmış məzarlıqların, tövləyə çevrilmiş məscidlərin uçuq divarları arasında şahidi olduğum o dəhşətli reallığı qələmə almışdım.
Həmin qeydləri nəzərdən keçirərək, hadisə yerində şəxsən şahidi olduğum faktların bəzilərini təqdim edirəm.
İşğaldan azad edilən Cəbrayıl və Zəngilan rayonlarına səfərimiz zamanı gördüklərim yaddaşımdan silinməyən ağır mənzərələrdən biridir. O günlərdə yazdığım reportajlar və çəkilən görüntülər Ermənistanın Azərbaycan torpaqlarında tarixi-dini irsə qarşı həyata keçirdiyi vandalizmin miqyasını açıq şəkildə göstərirdi.
.jpg)
Zəngilanda tövləyə çevrilmiş məscid
2021-ci ilin yanvarında Zəngilana səfərimiz zamanı şəhər mərkəzində yerləşən, XVII-XVIII əsrlərə - Səfəvilər dövrünə aid edilən İmam Hüseyn məscidinə baş çəkdik. Lakin qarşımızda gördüyümüz mənzərə bir ibadət məkanından çox xarabalığı xatırladırdı. Məscidin nə minarələri vardı, nə də normal qapısı. Sadəcə uçmuş divarlar və içəridə saxlanılan donuzların qaçmaması üçün qoyulmuş paslı kiçik bir qapı... Zəngilan şəhəri azad edildiyi ilk günlərdə çəkilən kadrlar məsciddə donuzların saxlanıldığını və müqəddəs məkanın tövləyə çevrildiyini təkzibolunmaz faktlarla bütün dünyaya sübut etdi.

Zəngilan azad edildikdən sonra tarixi İmam Hüseyn məscidinin qalıqları konservasiya edilib. 26 aprel 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən həmin ərazidə yeni, müasir “Zəngilan məscidi”nin təməli qoyulub və kompleks bərpa edilərək istifadəyə verilib.
18.05.2024 - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında
Ölülərlə savaş: Zəngilan məzarlığında “qızıl ovçuluğu”
Zəngilan şəhər qəbiristanlığında gördüklərimiz isə daha ağır idi. Böyük şam ağaclarının əhatəsində yerləşən bu məzarlıq sistemli şəkildə dağıdılmışdı. Qəbirlər eşilmiş, qəbir daşları sındırılmış, mərmər olanlar isə aparılmışdı. Bəzi qəbirlər baş tərəfdən qazılmış, sümüklər çöldə qalmışdı.
Çəkiliş zamanı məzarların kənarında kəllə sümükləri və digər skelet parçalarına rast gəlmək mümkün idi. Qəbir daşlarının üzərindəki şəkillər baltalanmış, adlar silinməyə çalışılmışdı. Bu, sadəcə vandalizm deyil, həm də ölülərə qarşı hörmətsizliyin ən ağır forması idi.
.jpg)
Məzarlıqda dağıdılmış qəbirləri bərpa edən yerli sakin Mirfaiq Əhmədov gördüklərini belə təsvir edirdi: “Zəngilan azad olunanda sevincimizin həddi-hüdudu yox idi. Amma qəbirlərimizi ziyarət etməyə gələndə belə mənzərə ilə qarşılaşdıq. Qəbirləri qazıb, mərmər daşları sındırıb aparıblar. Qızıl diş tapmaq üçün kəllə sümüklərini çıxarıblar. Bu, vəhşilikdir”.
Cəbrayıl qəbiristanlığında erməni vəhşiliyi
6 fevral 2021-ci ildə Cəbrayıl şəhəri yaxınlığında yerləşən qəbiristanlıqda gördüklərimiz də fərqli deyildi. Hündür təpənin üzərində yerləşən bu məzarlıqda qəbirlərin ağır texnika ilə qazıldığı açıq görünürdü.
Orada olan məşhur fotoqraf Reza Deqati diplomatlara bildirdi ki, qəbirlərin ekskavator vasitəsilə qazılması və cəsəd qalıqlarının çıxarılması ehtimalı böyükdür. Onun sözlərinə görə, kəllə sümükləri əsasən qızıl dişləri götürmək məqsədilə çıxarılıb.
.jpg)
Sümüklər ətrafa səpələnmiş vəziyyətdə idi. Hətta azyaşlı bir uşağın kəllə sümüyünə də rast gəlinmişdi.
Diplomatik korpusun nümayəndələri və hərbi attaşelər bu mənzərəni dəhşət içində izləyirdilər. Bəziləri sümüklərə toxunur, gördüklərindən sarsıldıqlarını gizlətmirdilər.
Reza Deqati qeyd etdi ki, dünyanın bir çox münaqişə zonasında çəkiliş aparmasına baxmayaraq, gördüyü ən ağır mənzərələrdən biri məhz Qarabağdadır.
.jpg)
Həmin səfər zamanı Zəngilanda dağıdılmış məscidə baş çəkən diplomatlar təəccüb içində idilər. Onlardan bəziləri “Bura doğrudan məsciddir?” sualını verdi. Çünki minarəsiz, qapısız, dağıdılmış divarlardan ibarət bir tikilinin məscid olması təsəvvürə belə gəlmirdi.
Ermənistanın işğal illərində həyata keçirdiyi siyasət təkcə torpaqları işğal etməkdən ibarət deyildi. Məqsəd həm də azərbaycanlıların bu torpaqlardakı tarixi izlərini silmək idi. Dağıdılmış məscidlər, təhqir edilmiş məzarlıqlar və talan edilmiş abidələr bu siyasətin açıq göstəricisidir.
Müəllif: Akqabay Mıradov
Zəngilan qəbiristanlığından fotolar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Cəbrayıl qəbiristanlığından fotolar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi – Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO
-
Hadisə09:03Qobustanda torpaq çökdü: Ölən və yaralı var - VİDEO
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO



















.webp)

.jpg)
















