Dünya
Trampın hədəsi Avropa ölkələrini ayağa qaldırdı: Zelenski diktator deyil!
ABŞ prezidenti Donald Trampın Vladimir Zelenskini “diktator” kimi qələmə verərək Ukrayna ərazisi vasitəsilə təhdid etməsi Avropa ölkələrində böyük əks-səda doğurub.
Publika.az xəbər verir ki, bir çox Avropa liderləri də Trampa sərt reaksiya verib və Ukraynanı dəstəklədiklərini bir daha bəyan ediblər.
Çexiya
Çexiya Prezidenti Petr Pavel “X” hesabında bu barədə yazıb: "Qonşu nüvə dövlətinin hücumuna 3 il müqavimət göstərən bir ölkədə seçkinin nə dəyəri ola bilər? Ərazisinin beşdə biri işğalçı əsgərlər tərəfindən ələ keçirildiyi, bütün ölkə gündəlik bombardmana məruz qaldığı halda seçkilər necə təşkil edilə bilər? Belə bir ölkənin prezidentini diktator kimi qələmə vermək böyük həyasızlıq tələb edir”.
Finlandiya
Finlandiya prezidenti Aleksandr Stubb Trampın şərhlərini rədd edərək, ölkəsinin Ukrayna Konstitusiyasını və “demokratik yolla seçilmiş prezident Zelenskini” dəstəklədiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Vladimir Putin tərəfindən başladılıb və əgər o, istədiyinə nail olarsa, Trampla nəticələr müzakirə olunmalıdır.
Norveç
Norveçin xarici işlər naziri Espen Bart Eide Trampın Zelenski ilə bağlı fikirlərini “tamamilə yalan ittihamlar” adlandırıb: “Belə bir şey söyləmək tamamilə məntiqsizdir”.
Almaniya
Almaniya kansleri Olaf Şolts Trampın Zelenski ilə bağlı fikirlərini “yanlış və təhlükəli” adlandırıb.
Böyük Britaniya
Böyük Britaniyanın baş naziri Keir Starmer Zelenski ilə telefon danışığında onu “Ukraynanın demokratik yolla seçilmiş prezidenti” kimi dəstəklədiyini bildirib.
Fransa
Sosial media hesabındakı paylaşımda ABŞ prezidentinin müharibəni bitirmək məqsədini paylaşdıqlarını bildirən Fransa prezidenti Emmanuel Makron Ukraynanın yanında olduqlarını və Kiyev rəhbərliyinin danışıqlar masası arxasında olması lazım olduğunu bildirib.
Xatırladaq ki, Tramp "Truth Social" sosial şəbəkəsində Zelenskini diktator adlandırıb. "Seçkisi olmayan diktator. Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq", - deyə ABŞ prezidenti vurğulayıb.
Roza
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma

































